10 sentyabr 2016 20:20

Çingiz Abdullayev: Belə davam etsə, analoqu olmayan dəyişikliklər olacaq

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev jurnalistlər üçün brifinq keçirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

"Nə varsa, onu yazırıq, xəbər veririk. Bu gün yazıblar ki, Müşahidə Şurası tam olaraq istefa verib. Bu, düz deyil. Çoxlu şayiələr var.

Vəli Qasımovun vəziyyəti pisləşib, bundan istifadə olunur. Bunlar nəyə lazmdır ki? Mən jurnalistlərlə danışmağa həmişə hazıram. Heç kim yalan xatirinə xəstəxanaya getməz.

Ötən gün toplantımız var idi, bütün məsələlər müzakirə olundu. Müəyyən addımlar atılacaq. Xaricdən mütəxəssis cəlb etmək istəyirik. Veteranları bir araya gətiririk.

"Neftçi" il boyu ancaq məğlub olmayıb ki. Kubokun finalına yüksəlmişdik, avrokuboklara vəsiqə qazanmışdıq. Əvəzedici komandamız çempionatın liderdiri. Yeniyetmələrimiz də yaxşı çıxış edirlər. Əsgər Abdullayevlə Samir Əliyevə də işləməyə imkan vermədilər, az qala hər məğlubiyyətdən sonra istefaları tələb olundu.

Biz işimizi davam etdiririk. Hədəfimiz ən azından ilk üçlükdə yer almaqdır. Buna mütləq nail olmalıyıq. Biz də çempion olmaq istəyirik. Amma obyektivlik var ki, "Qarabağ" hazırda çox güclüdür.

Komandanın oturuşmuş oyununun olmadığını görürük. Bu gün uşaqları topladıq, onlardan daha yaxşı oynamağı tələb etdik. Uduzmaq da olar, amma oyun olmalıdır. Qərar var ki, belə davam etsə, analoqu olmayan dəyişikliklər olacaq.

Hələ heç kim qovulmayıb, amma dəyişikliklər olacaq. Bayramdan sonra görəcəksiniz. Tədricən bu dəyişiklikləri həyata keçirəcəyik. Hələ heç kimi qovmuruq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.