10 sentyabr 2016 17:00
Filip Ozobiç: Neftçi ilə matçın startını gözləyirik ki, qələbə qazanaq
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyuna tam hazırıq. Rəqibin güclü komanda olduğunu bilirik. Heyətində yaxşı oyunçuları var. Matçın startını gözləyirik ki, qalib gələk. "Neftçi"nin bizimlə oyuna baş məşqçisiz çıxmasına gəlincə, bu barədə nə deyəcəyimi bilmirəm. Fikrimcə, rəqib futbolçular baş məşqçisiz də yaxşı oyun sərgiləməyə çalışacaqlar".
