10 sentyabr 2016 14:30

Rikardinyo: Hədəfimiz bu mövsüm qızıl medallara sahib çıxmaqdır

"Qəbələ"nin müdafiəçisi Rikardinyo Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Ukraynadakı qısa müddətli toplanışınız necə keçdi?
- Toplanış çox yaxşı alındı. Çempionatda fasilə yarandığından tonusu saxlamağımız üçün Ukraynaya yollandıq. Fikrimcə, bu toplanış bizim üçün çox vacib idi.

- Bu gün qarşılaşacağınız "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Həmişəki kimi, müsbət sonluğa ümid edirik. Başqa heç bir nəticə bizi qane etməyəcək.

- İndiki "Neftçi"nin çox ciddi problemlərinin olması sizin üçün üstünlükdür?
- Biz öz komandamız barədə düşünürük. Rəqiblərimizin hansı vəziyyətdə olmasından asılı olmayaraq, hər bir oyun çətindir.

- İki cəbhədə mübarizə aparmaq çətin deyil?
- Heyətimizdə çoxlu futbolçu var. Hər biri də yaxşı oyunçudur. Onlar komandaya həm Premyer Liqa, həm də Avropa Liqasında kömək edə bilərlər. Hər iki turnirdə oxşar səviyyədə çıxış etməliyik. Əminəm ki, "Qəbələ"nin hər iki cəbhədə layiqli mübarizə aparmağa gücü çatacaq.

- Klubunuz transfer pəncərəsinin son günündə Petar Franyiçlə Ruslan Qurbanovu heyətə qatdı. Onlar haqda nə bilirsiniz?
- "Qəbələ" onlarla müqavilə imzalamaqla düz etdi. Hər ikisi bizə kömək edə biləcək oyunçudur. Sadəcə, Franyiçlə Qurbanovun komandaya tam uyğunlaşması, nə qədər faydalı olacağını bilmək üçün zamana ehtiyac var. Əksər futbolçulara yeni oyun üslubuna alışmaq asan olur. Amma bəzən çətinliklə üzləşənlər də tapılır. Biz isə hər bir yeni futbolçuya kömək etməyə hazırıq.

- Komandanızın Premyer Liqadakı hədəfi nədir?
- Çempion olmaq istəyirik. Əlbəttə, asan olmayacaq. Amma qarşımızda duran vəzifə məhz qızıl medalları qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Bütün turnirlərdə qalib gəlmək istəyirik. Rəqiblərimizə də hörmətlə yanaşırıq. Hədəfimizə çatmaq üçün dayanmadan çalışmalıyıq.

- Tezliklə Avropa Liqasında da mübarizə başlayacaq. "Anderlext", "Maynts", "Sent-Etyen"in yer aldığı qrupdan çıxmaq şansınız var?
- Əlbəttə, var. Amma şanslarımızın nə dərəcədə çox olduğunu deyə bilmərəm. Mümkün qədə raz səhv edib, çox yaxşı oynamalıyıq. Çünki rəqiblərimizin heyətində yaxşı oyunçular çoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.