10 sentyabr 2016 13:30
Ramal Hüseynov: Qarabağ qrupundakı bütün rəqiblərinə qalib gələ bilər
"Qarabağ"ın sabiq futbolçusu Ramal Hüseynov bu komandanın Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın püşkatmada aşkar bəxti gətirdi. Tamamilə keçiləsi qrupdur. Qrupda bir favorit var - "Fiorentina". Amma İtaliya klubunun ancaq adı qalıb. Onları da yenmək olar. Ağdamlılar bu qrupda bütün rəqiblərinə qalib gələ bilər. İnanıram ki, mərhələ adlaya biləcəklər".
