10 sentyabr 2016 12:30
Şahin Diniyev: Hədəfimiz Zirə ilə oyunda 3 xal qazanmaqdır
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tural Nərimanov istisna olmaqla, heyətimizdə itki yoxdur. Ciddi rəqibə qarşı oynayacağıq. Bizim üçün qələbə çox vacibdir. Dördüncü turda 3 xal qazanmaq istəyirik. Hədəfimiz bu olsa da, buna nail olmaq çətin olacaq".
