10 sentyabr 2016 12:00
Vəli Qasımov xəstəxanaya yerləşdirildi
"Neftçi”nin baş məşqçisi Vəli Qasımov cümə günündən şənbə gününə keçən gecə hipertonik kriz ilə xəstəxanaya yerləşdirilib. Azerisport.az xəbər verir ki, hazırda məşqçinin vəziyytəti stabildir və həkim nəzarəti altında stasionar şəraitdə müalicəsini davam etdirir.
Qeyd edək ki, "Neftçi"ni bu gün "Qəbələ" ilə səfər oyunu gözləyir. Komandanı bu görüşə Qasımovun çıxara bilməyəcəyi dəqiqdir. Onu köməkçisi Tofiq Mustafayev əvəz edəcək.
