10 sentyabr 2016 11:00
Ziya Əzizovun komandasından qələbə
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası - "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Oss" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Ziya bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Den Boş" 6 turdan sonra 7 xalla 20 komanda arasında 14-cüdür.
