10 sentyabr 2016 21:52

Qəbələ Neftçini 8 qolla yendi

Topaz Premyer Liqasında 4-cü tur həyəcanı davam edir. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə daha bir görüş keçirilib.

Günün yeganə oyununda "Neftçi" Masazırdakı "Əlincə Arena"da "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirib. Onsuz da çətin günlərini yaşayan paytaxt klubuna daha bir zərbə "Qəbələ"dən gəlib. Rəqibindən fərqli olaraq, güclü heyətə malik olan, uğurlu çıxışı ilə seçilən bölgə təmsilçisi bakılıları 8 cavabsız qolla məğlub edib.

Maraqlıdır ki, "Qəbələ"nin qollarından ikisinin müəllifi bir neçə gün öncə məhz "Neftçi"dən ayrılaraq bölgə təmsilçisinə keçən Ruslan Qurbanov vurub. Millimizin forvardı həm birinci hissənin, həm də bütövlükdə matçın yekun nəticəsini müəyyənləşdirən qollara imza atıb.

Topaz Premyer Liqası
4-cü tur

10 sentyabr (şənbə)

“Neftçi” - “Qəbələ” - 0:8 (0:5)
Qollar: B.Dabo, 5 (0:1). V.Vernidub, 10 (0:2). V.Vernidub, 16 (0:3). F.Ozobiç, 29 (0:4). R.Qurbanov, 45 (0:5). B.Dabo, 59 (0:6). V.Stankoviç, 70 (0:7). R.Qurbanov, 82 (0:8).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov
Masazır. “Əlincə Arena”.

“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 9. Katalin Tira, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo, 95. Elvin Bədəlov, 99. Denilson Pereyra.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 41. Ömər Buludov, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 19. Fəhmin Muradbəyli, 10. Cavid İmamverdiyev, 5. Anton Krivotsyuk.
Məşqçi: Tofiq Mustafayev.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 7. Nika Kvekveskiri, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 13. Murad Musayev, 30. Petar Franyiç, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun digər oyunları: “Qarabağ” – AZAL - 6:0. 11 sentyabr (“Kəpəz” – “Zirə”, “Sumqayıt” – “İnter”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.