10 sentyabr 2016 01:40
Samir Məsimovsuz Domjale qalib gəldi
Futbol üzrə Sloveniya çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Aluminij" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Samir ilk 7 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 8 turdan sonra 14 xalla 10 klub arasında 2-ci pillədə qərarlaşıb.
