10 sentyabr 2016 01:20
Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda lider "Ayntraxt" (Braunşveyq) ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 0:2.
Nazarov bu görüşün 62-ci dəqiqəsində meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, "Ersgebirge" 4 turdan sonra 3 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.
