10 sentyabr 2016 01:00
Qəbələnin rəqibi PSJ ilə sülh bağladı
Futbol üzrə Fransa çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə PSJ ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1. Məğlub durumda olan "Sent-Etyen"i 90-cı dəqiqədə Robert Beriçin qolu xilas edib.
Qeyd edək ki, "Sent-Etyen" 5 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.
