10 sentyabr 2016 00:30

Riçard Almeyda: Baş məşqçi bizdən daha da artırmağı tələb edir

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində AZAL üzərində qazandıqları 6:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyun barədə nə deyə bilərsiniz?
- Biz meydanda baş məşqçinin dediklərini həyata keçirməyə çalışdıq. Fikrimcə, buna yaxşı şəkildə nail olduq və yaxşı nəticəyə imza atdıq.

- Bu oyunu yüngül məşq də saymaq olar?
- Xeyr. Bu oyunun məşqə bənzədiyinə dair fikrinizlə razı deyiləm.

- Avropa Liqasının qrup mərhələsindəki ilk rəqibiniz - Çexiya "Slovan"ının məşqçisi də bu oyunu canlı izləyirdi. Sizcə, onun gözünü qorxuda bildiniz?
- "Slovan"dan kiminsə bu oyunu izlədiyini bilmirdim. Biz heç kimi qorxutmuruq. Şadam ki, ələ düşən qol şanslarıdnan yaxşı yararlandq. Komanda olaraq, yaxşı oynadıq.

- "Slovan"ın məşqçisi sizin oyununuzu xüsusi qeyd etdi...
- Onun nə deməsindən asılı olmayaraq, mən meydanda öz işimi görürəm. Qurban Qurbanov bizdən hər mövsüm daha da artırmağı tələb edir. Mən də baş məşqçimizin bütün tələblərinə əməl etməyə çalışıram. Amma təbii ki, onun haqqımda xoş sözlər söyləməsi də xoşdur.

- Çexiya klubu ilə "Dalğa Arena"da oynamalı olacaqsınız. Bunu necə qarşıladınız?
- Biz Tofiq Bəhramov adına respublika stadionunda oynamaq istəyirdik. Amma qazonun vəziyyəti bizim bu istəyimizə mane olur. Elə də ciddi fərq yoxdur. Sadəcə, azarkeş sayı az olacaq.

- Üçüncü cəhdinizdə qrupdan çıxa biləcəksiniz?
- Qrupumuz elə də asan deyil. Amma biz istəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.