Slovanın məşqçisi: Qarabağ ilə oyunlarda hədəfimiz 6 xal qazanmaqdı
Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən "Qarabağ" - AZAL oyununu izləyənlər arasında Çexiyanın "Slovan" klubunun məşqçisi Yaroslav Köstl də olub. O, matçın fasiləsi zamanı aralarında azerisport.az saytının əməkdaşının da olduğu jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissədən sonra hesabın 3:0 olması gözünüzü qorxutmur?
- "Qarabağ" güclü komandadı. Rəqib barədə çoxlu informasiya toplamışıq. Heyətində güclü futbolçuları var. Reynaldo və Dani Kintana fərdi cəhətdən çox yaxşıdır. Oyunçular arasında anlaşma səviyyəsi də çox yaxşıdır.
- Elə isə qarşıdakı oyunda cütün favoriti kimdi?
- Fikrimcə, "Slovan". Amma "Qarabağ" da güclüdür. Onların "Viktoriya"ya qarşı hər iki oyununu izləmişəm. "Qarabağ" əla oynamışdı.
- Razısızınız ki, "Viktoriya"nın həmin oyunlarda bəxti gətirdi?
- Bəli, özü də çox. "Qarabağ" ələ düşən şansları dəyərləndirə bilsəydi, "Viktoriya"nı keçəcəkdi. Xüsusilə də Miçelin epizodunu qeyd edərdim.
- Necə düşünürsüz, qrupun favoriti kimdi?
- "Fiorentina". Ümid edirəm ki, komandamız da ikinci pilləni tutar. Yeri gəlmişkən, Bakı və Florensiya gözəl şəhərlərdi.
- İlk oyunu "Qarabağ"a qarşı oynamağınız sizin üçün üstünlükdü?
- Bəli. İlk oyun yaxşı olmalıdır. "Dalğa Arena"nın azarkeş tutumu az olsa da, yaxşı atmosfer üçün münasib stadiondur.
- "Qarabağ"ın heyətindəki oyunçulardan kimi "Slovan"da görmək istəyirdiniz?
- Riçard Almeydanı. Reynaldo və Coşqun Diniyevi də bəyəndim.
- "Qarabağ"la oyunlarda neçə xal qazanmağı hədəfləyirsiz?
- Altı xal.
