9 sentyabr 2016 21:45
Tərlan Əhmədov: Bu, bizə dərs olacaq
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:6 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Belə nəticədən sonra danışmağa çətinlik çəkirəm. Bu cür məğlubiyyəti gözləmirdim. Düşünürdüm ki, çıxıb normal oyun sərgiləyəcəyik. Mövsümün əvvəlində belə bir məğlubiyyət bizim xeyrimizə işləyəcək. Bu, bizə dərs olacaq".
