9 sentyabr 2016 18:00
Uşaqlara oyun qaydaları izah olundu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Mançester Yunayted dördüncü Yay Futbol Məktəbi”ndə təlimlər davam edir. Azerisport.az xəbər verir ki, bu gün futbol mütəxəssisi, veteran hakim Rüstəm Rəhimov və FIFA referi köməkçisi Mübariz Haşımov təlimdə iştirak edən uşaqlara oyun qaydaları barədə məlumat verib.




