9 sentyabr 2016 16:40
Sezar Meza Kolli: Zirə mənim karyeramda yeni mərhələdir
"Zirə"nin yeni transferi Sezar Meza Kolli bu kluba keçidini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, bu komanda ilə müqavilə imzaladım. Bu, karyeramda yeni mərhələdir. Fikrimcə, "Zirə" karyeram uğurlu alınacaq. Mənə başqa klublardan da təkliflər var idi. Amma bu klubun xeyrinə qərar qəbul etdim. "Zirə" mənim üçün ciddi klubdur. Son mövsümün gümüş medalçısıdır. Mənim üçün bütün bunlar vacib məqamlardır. İndi mənə fiziki durumumu yaxşılaşdırmaq lazımdır. Yeni komandama kömək etmək istəyirəm".
