9 sentyabr 2016 16:20
Qasımov: Qurbanovun bizə qarşı oynamasına hazırıq
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 4-cü turunda "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandanın aparıcı oyunçuları zədəlidir. Bizdə problemlər çox olsa da, "Qəbələ" yüksəlişdədir. Buna baxmayaraq, uğurlu nəticəyə nail olmağa çalışacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Məndə olan məlumata görə, yenicə "Neftçi"ni "Qəbələ"yə dəyişən Ruslan Qurbanov, həmçinin zədəsini sağaldan Rəşad Sadiqov da bizə qarşı oynayacaq. Ruslanı yaxşı tanıyırıq. O, istəyəndə yaxşı oynayır. Amma biz buna hazırıq. Ümumiyyətlə, biz bu görüşdə hər şeyə hazırıq".
