9 sentyabr 2016 15:00
Neftçidən Qurbanovun bazaya buraxılmamasına şərh
Xəbər verdiyimiz kimi, "Qəbələ"yə keçən "Neftçi"nin sabiq hücumçusu Rusln Qurbanov Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra əşyalarını götürmək üçün getdiyi paytaxt klubunun bazasına buraxılmayıb. Paytaxt klubunun mətbuat xidməti azerisport.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Doğrudan da Ruslan Qurbanov bazanın qarşısında bir qədər gözləməli olub. Çünki həmin vaxt o, artıq "Neftçi"nin futbolçusu deyildi və rəhbərliyin icazəsi olmadan içəri daxil ola bilməzdi. İcazə alınan kimi isə Qurbanov bazaya gəldi və əşyalarını yığaraq getdi".
