9 sentyabr 2016 12:00
Maynts Bakıya fanatları ilə gələcək
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Almaniyanın "Maynts" klubu Bakıya fanatlarını da gətirəcək. Azerisport.az xəbər verir ki, sözügedən klubun ölkəmizə 180 azarkeş gətirməsi planlaşdırılır.
Klub saytının yaydığı məlumata görə, onlar komanda ilə birgə gəlib, birgə də geri qayıdacaqlar.
Qeyd edək ki, "Qəbələ" - "Maynts" matçı sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.
