9 sentyabr 2016 10:30
Qurbanovu Neftçinin bazasına buraxmadılar
Məlum olduğu kimi, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov avqustun son günlərində gözlənilmədən "Neftçi"dən ayrılaraq "Qəbələ"yə keçdi. Azerisport.az xəbər verir ki, həmin günlərdə millinin toplanışında olan futbolçu şəxsi əşyalarını "Neftçi"nin bazasında qoyubmuş.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunundan sonra "Neftçi"nin bazasına gələn və əşyalarını götürmək istəyən Qurbanovu içəri buraxmayıblar. Təhlükəsizlik xidmətinin əməkdaşları ona bazaya girməyin qadağan edildiyini bildiriblər.
Ruslan AFFA-nın baş katibi Elxan Məmmədova şikayət edəcəyini bildirəndən sonra onun əşyalarını götürməsinə şərait yaradılıb.
