9 sentyabr 2016 20:17

Qarabağ AZAL-ı 6 qolla məğlub etdi

Bu gün Topaz Premyer Liqasında 4-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Son ölkə çempionu "Qarabağ" AZAL-la qarşılaşıb. Öz arenasında təmir işləri gedən Ağdam klubu "təyyarəçilər"i də Masazırdakı "Əlincə Arena"da qəbul edib.

Amma bu, Qurban Qurbanovun komandasının inamlı qələbəsinə mane olmayıb. Belə ki, "Qarabağ" bu görüşdə 3 xalı 6 cavabsız qolla qazanıb.

Topaz Premyer Liqası
4-cü tur

9 sentyabr (cümə)

“Qarabağ” – AZAL - 6:0 (3:0)
Qollar: Reynaldo, 2 (1:0). M.Medvedev, 42 (2:0). M.Madera, 45+1 (3:0). D.Kintana, 60 (4:0). Reynaldo, 64 (5:0). M.Medvedev, 66 (6:0).
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov.
Masazır. “Əlincə Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 11. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 10. Nuqzar Kvirtiya, 19. Elnur Süleymanov, 21. David Canelidze.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 95. Şirməmməd Məmmədov, 77. Adan Koronado, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur, 15. Brayan Fok, 5. Kamil Hüseynov.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: 10 sentyabr (“Neftçi” – “Qəbələ”), 11 sentyabr (“Kəpəz” – “Zirə”, “Sumqayıt” – “İnter”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.