8 sentyabr 2016 18:00

Şəhriyar Əliyev: İlk qələbəmizi qazanmaq istəyirik

Topaz Premyer Liqasında DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən yaranan fasilə başa çatır. Azerisport.az xəbər verir ki, həftəsonu çempionatda 4-cü turun oyunları keçiriləcək.

“Kəpəz” tur çərçivəsində Gəncədə “Zirə”ni qəbul edəcək. Qarşıdakı oyunla “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klub saytına açıqlama verib:

“Fasilə dövründən maksimum istifadə etməyə çalışdıq. Müddət çox olsa da, oyun təcrübəsini itirməmək üçün iki yoxlama matçı keçirdik. Belə görüşlərdə nəticə önəmli deyil, əsas olan oynadığımız futboldur. Komanda qarşıdakı çempionat oyununa yaxşı hazırlaşır. Oyunun mahiyyətini bilirik, ona görə də bütün fikrimiz məşqlərə yönəlib. Çempionatda ilk qələbəmizi qazanmaq istəyirik. Bu qələbə həm də bizə turnir cədvəlində yerimizi yaxşılaşdırmağa imkan verəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.