8 sentyabr 2016 16:30
Katalin Tira: Neftçi Avroliqaya vəsiqə uğrunda mübarizə aparır
"Neftçi"nin yeni transferlərindən olan Katalin Tira Azərbaycan çempionatındakı hədəfləri barədə danışıb. Azerisport.az xəbər verir ki, rumıniyalı futbolçu İtaliya mətbuatına açıqlamasında bunları söyləyib:
"Yeni komandamdakı işlərim qaydasındadır. Klubum Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Əlbəttə, nə vaxtsa yenidən İtaliyaya qayıtmaq istərdim. Çünki Romanı və italiyalı azarkeşləri sevirəm".
