8 sentyabr 2016 15:00

Tərlan Əhmədov: AZAL ötən mövsüməki uğurunu təkrarlaya bilər

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi

- Premyer Liqadakı fasilədən necə yararlandınız?
- İki həftəni mərhələli hazırlaşdıq. Həm fiziki, həm taktiki, həm də texniki hazırlığa diqqət ayırdıq. Üç yoxlama oyunu keçirdik. Zəif cəhətlərimizi gördük, onların üzərində çalışdıq. Güclü tərəflərimizi daha da yaxşılaşdırmağa çalışdıq.

- Yeni transferləriniz - nigeriyalı Brayan Fok və iranlı Aşkar Fərzai barədə nə deyərdiniz?
- Adətən yeni transferlərin oyun təcrübəsi baxımından problemi olur. Bizim legionerlərdə də belə problemlər var idi. Amma bunu yoxlama oyunları sayəsində aradan qaldırmağa çalışdıq.

- Onlarla neçə illik müqavilə imzalamısınız?
- Brayan ilin, Akşan isə mövsümün sonuna qədər müqavilə bağlayıb.

- AZAL-ın cari mövsümə uğursuz başlaması klubun büdcəsinin az olmasından irəli gəlir?
- Şübhəsiz ki, maliyyə şərtləri klub üçün vacib məqamlardandır. Pulun nə qədər çox olsa, bir o qədər yaxşı oyunçular alırsan. Bizim bu baxımdan böyük problemlərimiz var. Uşaqların maaşı çox azdır. Amma bu, bizim uğursuz çıxış etməyimizi sakitcə qəbul etməyimizə əsas vermir. Öz üzərimizdə çalışırıq, vəziyyəti yaxşıya doğru dəyişmək istəyirik. Ötən mövsüm də belə problemlərimiz var idi, mövsümə pis başlamışdıq, amma sonradan vəziyyəti yaxşıya doğru dəyişə bildik.

- Ötən mövsüm çempionatda "Rəvan", "Xəzər Lənkəran" kimi komandalar da var idi...
- Biz bu komandalara uduzduğumuz halda, liderlərdən xal alırdıq. Fikrimcə, bu il də həmin uğurlarımızı təkrarlaya bilərik. Bizim büdcəmiz hətta "Sumqayıt"dakından da azdır. Amma ötən mövsüm biz onlardan üst pillədə qərarlaşmağı bacardıq.

- Hələ mövsüm başlamamış hamı AZAL-ın yeni mövsümdə aşkar autsayder olacağını deyirdi və hələ ki, proqnozlar özünü doğruldur...
- Ötən mövsüm beş turdan sonra xal toplaya bilməmişdik. İndi isə üç oyuna 1 xalımız var. Komandada potensial da var. AZAL-ın üstündən xətt çəkmək lazım deyil.

- "Qarabağ"la oyunda ağdamlıları nə ilə təəccübləndirə bilərsiniz?
- Hər bir məşqçi qələbə qazanmaq istəyir. Məğlubiyyət haqda düşünmürəm. Məşqçilər var ki, oyun öncəsi böyük hesabla uduzmamağı düşünürlər. Bizim futbolçular üçün də belə oyunlar böyük bir tramplindir.

- Sabah sürpriz qeydə alına bilər?
- Futbolda sürprizlər baş verir. Bizi ötən mövsümün sürpriz komandası hesab edirdilər. Amma məğlubiyyətsiz oyunlar seriyamızı 7-yə çatdıranda artıq bunun yersiz olduğu qeyd olunmağa başladı. Biz sabah da yaxşı, döyüşkən futbol sərgiləməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.