Ramil Şeydayevin maaşını Trabzonspor yox, AFFA ödəyir?
Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevlə bağlı maraqlı iddia ortaya atılıb. Azerisport.az xəbər verir ki, "Futbol+" nəşri millimizin forvardının Türkiyənin "Trabzonspor"a keçidi və Azərbaycan yığmasında oynamağa razılıq verməsi ilə bağlı yeni faktlar üzə çıxarıb.
Məlumatda bildirilir ki, Rusiyada top qovan futbolçu Trabzon klubuna məhz AFFA-nın xüsusi əməyi nəticəsində keçib. Türkiyə təmsilçisi ona bu transferə görə 1,6 milyon avro ödəməlidir. Amma bu 4 illik anlaşmanın maliyyə tərəfini "Trabzonspor" yox, AFFA həll edəcək. Şeydayevin də məhz bu anlaşma sayəsində yığmamızda oynamağa razılıq verdiyi bildirilir.
AFFA-nın baş katibi Elxan Məmmədov isə azerisport.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib: "Mən bu ilk dəfə eşidirəm. Yerli mətbuatın Şeydayevlə bağlı niyə belə qarayaxma apardığını başa düşə bilmirəm".
