8 sentyabr 2016 11:30
Talalayev Ağayevin işinə qiymət verdi
Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının və "Volqa" klubunun sabiq baş məşqçisi Andrey Talalayev azərbaycanlı FİFA referisi Əliyar Ağayevin Rusiya - Qana yoxlama oyunundakı idarəçiliyinə qiymət verib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizdə yersiz oyun dayandırmaları çoxdur. Diqqət yetirdinizsə, Azərbaycandan olan hakim Qana ilə görüşdə sonadək oynamağa, mübarizə aparmağa imkan verirdi. Amma bizdə oxşar epizodlarda yəqin ki, fit çalınardı".
