8 sentyabr 2016 11:00
İsrafilov oynadı, komandası mərhələ adladı
Futbol üzrə İspaniya kubokunda ikinci mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də kubokda ilk sınağına çıxıb.
Sözügedən klub "Levante" ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesabıyla bitib. Tərəflər əlavə yarım saatda da qalibi müəyyənləşdirə bilmədiyindən penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən futbolçumuzun komandası 3:2 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana çıxıb. 81-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
