8 sentyabr 2016 00:40
"Azərbaycan və San Marino ilə oyunlardan 6 xalla ayrılmalıyıq"
Futbol üzrə Norveç yığmasının müdafiəçisi Yunas Svensson DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan və hədəflərindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Növbəti oyunlarımız səfərdə olacaq. Öncə oktyabrın 8-də Azərbaycanla, sonra isə ayın 11-də San Marinonun qonağı olacağıq. Turnir cədvəlində üst pillələrdə qərarlaşmaq istəyiriksə, bu oyunlardan 6 xalla ayrılmalıyıq". (RBKweb)
