Vassura: Azərbaycan DÇ-də qrupdan çıxa bilər
Futzal üzrə Azərbaycan yığmasının yeni üzvü - Vilyams Oliveyra du Nasimentu (qısaca Vassura) azerisport.az saytının suallarını cavablandırıb:
- Azərbaycan yığmasına gəlişiniz necə alındı?
- Azərbaycan yığmasında oynamaq təklifi aldım və onu qəbul etdim. Ona qədər isə Latviyanın "Nikars" klubunda çıxış edirdim.
- Əvvəllər siz Azərbaycanın "Fener" klubunda çıxış etdiyiniz üçün yəqin ki, yığmamıza uyğunlaşmaq o qədər də problem olmamalıdır?
- Əlbəttə. Bu baxımdan hər şey qaydasındadır. Yığmadakı uşaqların əksəriyyətini tanıyıram. Çünki burada oynamışam. Çox şadam ki, milli komandanın üzvü oldum.
- Sizə bu təklif baş məşqçidən gəldi, ya futzal federasiyasının rəhbərliyindən?
- Məni yığmaya baş məşqçi Miltinyo dəvət edib.
- Yaxın günlərdə Kolumbiyada start götürəcək dünya çempionatının final mərhələsində yığmamız da iştirak edəcək. Azərbaycanın şansları barədə nə deyə bilərsiniz?
- Kolumbiyada uğur qazanmaq üçün yaxşı şansımız var. Azərbaycan qrupdan çıxmağa qadirdir.
- Amma rəqiblərimiz heç də sıradan komandalar deyillər - İspaniya, İran, Mərakeş...
- Bəli, elədir. Amma hazırda rəqiblərimiz barədə xüsusi məlumatımız yoxdur.
- Yəqin ki, Azərbaycan yığmasını qrupun favoriti saymırsınız...
- Fikrimcə, qrupun favoriti İspaniyadır.
- Millimizdə legionerlərin sayının çox olması mənfi amildir, ya müsbət?
- Fikrimcə, bizim əsas üstünlüyümüz ondadır ki, komandanın hər bir üzvü yaxşı oyunçudur. Güclü heyətimiz var.
