8 sentyabr 2016 00:05
Qəbələnin sabiq forvardı Dneprdə
"Qəbələ"nin sabiq hücumçusu Aleksey Antonov hələ də özünə yeni klub tapmayıb. Azerisport.az xəbər verir ki, bu yay Azərbaycanı tərk edən 30 yaşlı oyunçu hazırda Ukraynanın "Dnepr" klubunun düşərgəsindədir.
O, bu komandada məşq etməklə formada qalmağa çalışır. Antonovun yeni mövsümü hansı klubda davam etdirəcəyi isə bilinmir.
