7 sentyabr 2016 19:40
FİFA-dan İnterə transfer qadağası
"İnter" FİFA tərəfindən cəzalandırılıb. Azerisport.az xəbər verir ki, dünya futbol qurumu paytaxt klubuna qarşıdakı iki mövsümdə yeni transferlər həyata keçirməyə qadağa qoyub.
"Bankirlər"lə bağlı bu qərar hələ mayın 26-da qəbul olunubmuş. Bu üzdən də qadağa bu yay və qarşıdakı qışa da aid olunmalı imiş. Amma FİFA sözügedən qadağa ilə bağlı məktubu kluba bu gün - sentyabrın 7-də göndərib. Bu üzdən də yayda edilən transferlərlə bağlı problem olmayacaq. Qadağa isə qarşıdakı iki transfer pəncərəsini - bu qışda və 2017-ci ilin yayında qüvvədə olacaq.
"İnter" bir də 2018-ci ilin yanvar ayından etibarən transfer edə biləcək.
Qeyd edək ki, daha öncə UEFA tərəfindən "İnter"in avrokuboklara buraxılmaması barədə qərar qəbul edilmişdi.
