7 sentyabr 2016 19:20
Qurbanov İnterlə oyunu buraxa bilər
"Sumqayıt" Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində qarşılaşacağı "İnter"lə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, zədəsini sağaldan Məhəmməd Qurbanov da komanda ilə məşqlərə başlayıb.
Amma onun qarşıdakı oyunda iştirakı sual altındadır. Bu ilin sonunadək oynamayacağı dəqiqləşən Tofiq Mikayılov da turu buraxacaq.
