7 sentyabr 2016 18:40
Kopenhagenin baş məşqçisi: Azərbaycana qalib gəlmək lazımdır
Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakken DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Norveç yığmasının baş məşqçisi olmaq şansları barədə danışıb. Azerisport.az xəbər verir ki, o, Norveçin "Verdens Gang" nəşrinə açıqlamasında bunları söyləyib:
"Norveç yığmasının əsas sınağı payızda olacaq. Çexiya ilə oyuna qədər hələ vaxt var. Ona qədər isə öncə Azərbaycan və San Marinoya qalib gəlmək lazımdır".
