7 sentyabr 2016 18:20
Qəbələnin Bakcell Arenaya nə vaxt qayıdacağı bilinir, Neftçinin yox
"Bakcell Arena"da qazonun yenilənməsi işləri davam etdirilir. Azerisport.az xəbər verir ki, "Qəbələ" sentyabrın 29-da Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ev matçını məhz bu arenada keçirəcəyini dəqiqləşdirib.
Premyer Liqadakı ev oyunlarını "Bakcell Arena"da keçirən "Neftçi" isə hələ də bu arenaya nə vaxt qayıdacağını bilmir. Bunu saytımıza açıqlamasında komandanın baş məşqçisi Vəli Qasımov söyləyib: "Müvəqqəti "Əlincə Arena"da oynayırıq. Hələ bizə "Bakcell Arena"ya nə vaxt qayıdacağımızı söyləməyiblər".
