7 sentyabr 2016 14:30

“Hafiz Məmmədov “Bakı” brendini daha üstün tutdu"

“Bakı” futbol klubu yeni mövsümdən etibarən həvəskarlar liqasında çıxış etməyi nəzərdə tutur. Azerisport.az sizi klubun vitse-prezidenti Yaşar Seyidovun müsahibəsi ilə tanış edir.

- Artıq birinci divizionda iştirakımız məhdudlaşıb. Buna görə də komanda həvəskarlar liqasında iştirak edəcək. Bir həftədi məşqlər başlayıb. Futbolçuların əksəriyyəti akademiyamızın yetirmələridir. Bir il həvəskarlar liqasında çıxış etməliyik. Bu müddət ərzində “Bakı”dan FİFA-ya şikayət edən bəzi futbolçularla razılıq əldə etməyə çalışacağıq. Hazırda onlarla danışıq aparırıq. Çalışırıq ki, şikayətlərini geri götürsünlər. Onlara cüzi məbləğ ödəməklə razı salmaq istəyirik.  Bu futbolçularla danışığımız müsbət yekunlaşsa, sansksiyalar götürüləcək və “Bakı”nın peşəkar liqada oynaması üçün heç bir problem qalmayacaq.

- Deməli, “Bakı”nın peşəkar liqada iştirakına əngəl olan yalnız futbolçulara olan borcudur?
- Məsələ ondadır ki, bizdə bank təminatı ilə bağlı problem yox idi. AFFA prezidenti Rövnəq Abdullayev çempionatın əvvəlində bildirmişdi ki, futbolçulara olan borc məsələsi həllini tapsa, peşəkar liqada çıxış edəcəyik. Biz də bu tövsiyələri nəzər alıb, futbolçularla danışıqlara başlamışıq. Düşünürəm ki, ilin sonuna qədər bu məsələlər müsbət yekunlaşacaq.

- “Bakı” Futbol Akademiyasının taleyi necə olacaq?
- Bildiyiniz kimi, “Bakı” bir brenddir. Hamı “Bakı”nın Azərbaycan futboluna verdiyi töhfəni yaxşı bilir. Bu gün həm milli komandada, həm də aşağı yaş qrupları üzrə yığma komandalarımızda çıxış edən ən yaxşı futbolçular akademiyamızın yetirmələridir.

“Bakı” klubunun mövcud durumuna baxmayaraq, akademiyamızın U-11-dən tutmuş U-19-a qədər hər bir komandası AFFA-nın keçirdiyi liqalarda iştirak edəcək. Sizin vasitənizlə bir daha hörmətli Rövnəq müəllimə səslənib demək istəyirəm ki, akademiyamızın heç bir problemi olmadığı halda bizə qarşı müəyyən çətliklər yaradırlar. Bu barədə AFFA-ya məktub ünvanlamışam. AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında klublara yardım fondu ilə bağlı bənd var idi. Federasiyaya məktubumda bildirmişəm ki, “Bakı” Futbol Akademiyasının hüquqi statusu ilə bağlı heç bir problem yoxdu. Qeyd etmişəm ki, daima Azərbaycan idmanının inkişafına çalışan AFFA rəhbərliyinin ölkəmizdə futbolçu yetişdirilməsi üçün hərtərəfli şəraitə malik olan Azərbaycandakı iki akademiyadan birinin dağılmasına imkan verməyəcəyinə ümid edirik. Yəqin ki, Rövnəq müəllim də akademiyamızın dağılmasında maraqlı deyil.

- “Bakı”nın adının dəyişdirilərək Premyer Liqada iştirak edəcəyi haqda söhbətlər gəzirdi.
- Bizim akademiyamız artıq 2008-ci ildən fəaliyyət göstərir. Burda kifayət qədər futbolçu yetişib. U-19 liqasından sonra futbolçular peşəkar liqada çıxış etməlidir. Bəli, mən təklif etmişdim ki, “Bakı” Futbol Akamediyası” adı ilə ilə birinci divizionda iştirak edək. Ancaq klub prezidenti qəti olaraq bunun əleyhinə oldu. O, “Bakı” brendini daha üstün tutdu. Düşünürəm ki, bir il həvəskarlar liqasında oynamaq ən düzgün yoldur. Çünki qeyd etdiyim problemləri aradan qaldırsaq, sanksiyalar “Bakı”nın üzərindən götürüləcək.

- Baş məşqçi Novruz Əzimov həvəskarlar liqasında çıxış edəcək komandada qalır?
- Əlbəttə. Onun rəhbərliyi altında komanda məşqlərini davam etdirir. Biz ümidimizi üzmürük. Həyatımızı Azərbaycan futboluna həsr etmiş adam kimi sona qədər mübarizə aparacağıq ki, “Bakı” klubu yaşasın. Buna nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Ancaq ruhdan düşmək lazım deyil. Bu sınaqlardan da keçmək lazımdır. (qol.az)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.