7 sentyabr 2016 15:00
Zaur Həşimov zədəli futbolçunu transfer etmələrindən danışdı
"Zirə"nin məşqçisi Zaur Həşimov paraqvaylı hücumçu Sezar Meza Kollinin transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sezar keyfiyyətli futbolçudur. Onun oyunu mənim çox xoşuma gəlir. Amma zədəsi olduğu üçün, hələlik, komanda ilə məşq edə bilmir. Əminəm ki, formasını bərpa edəndən sonra komandamıza daha çox faydası dəyəcək. Zədəli futbolçunu niyə aldıq? Çünki yaxşı oyunçudur. Zədə müvəqqətidir. Zədədən heç bir futbolçu sığortalanmayıb. Belə bir vaxtda ona müqavilə təklif etməklə həm də mənəvi dəstək göstərdik".
