Samir Ələkbərov: Heç-heçə biabırçı nəticə deyil
Azərbaycanın U-21 yığmasının məşqçisi Samir Ələkbərov AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirilmiş oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heç-heçənin biabırçı nəticə olduğunu deməzdim. Bunu dramatikləşdirmək lazım deyil. Rəqibin qol vəziyyəti oldu, ondan da yararlandı. Uşaqlar pis oynamadılar. Cavab qolunu daha tez vursaydıq, qələbə qazana bilərdik. Qalib gəlib, növbəti seçmə mərhələlərin püşkatmasında daha üst səbətdə yer almaq istəyirdik. Qarşıda Finlandiya ilə oyun var. Bu oyunda 3 xal qazanmaq şansımız var. Məşqçilər korpusunun istefa verməsi? Öz subyektiv fikrimi söyləyim. Niyə hər şey olduğu kimi qalmamalıdır? Yaxşı komanda yaratmııq. Problemlər var, amma onları həll etmək olar. İstənilən halda yekun qərarı AFFA rəhbərliyi verəcək".
