7 sentyabr 2016 12:40

Kazbek Tuayev: Ruslar Ramil Şeydayevi əldən buraxdıqlarına görə özləri günahkardır

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazandığı qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Azərbaycan yığmasının qələbə ilə başlamasına şadam. Düzdür, qələbə parlaq olmadı. Amma gəlin bu qələbəni bayram edək. Ötən gün AÇ-2016-nın iştirakçısı Macarıstan Farer adaları ilə heç-heçəyə razılaşdı. Komandamız ikinci turda Norveçə də uduzmayacaq. Hiss olunur ki, Robert Prosineçki də ilk oyundan narazıdır. Bu, yaxşıdır. Deməli, yetirmələrindən daha çox şey gözləyir. Bütövlükdə, bizi çox çətin seçmə mərhələ gözləyir.

Emin Mahmudovla Ramil Şeydayevin debütünə də sevindim. Onlar öz ölkələrinin yığma komandalarında oynayacaqlarına görə fəxr etməlidirlər. Rusiya futbol ictimaiyyətinin Ramili əldən buraxdıqlarına görə verdiyi açıqlamalara gəlincə, bu, artıq onların öz problemidir. Ramil düzgün seçim edib. Ruslar isə onu buraxdıqlarına, bərbad Dzyubaya üstünlük verdiklərinə görə özləri günahkardır. O, hələ özünü sübut edəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.