Renat Sultanov: Hədəfimiz Dünya Kubokuna vəsiqə qazanmaqdır
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının üzvü Renat Sultanov dünya kubokunun seçmə mərhələsində ikinci raunda vəsiqə qazanmalarını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Son turda Bolqarıstanla qarşılaşdıq. Bu görüşün əhəmiyyətini gözəl başa düşürdük. Çünki növbəti mərhələyə vəsiqə qazanmaq üçün yalnız qələbə qazanmalı idik. Xoşbəxtlikdən istəyimizə çatdıq. Bu münasibətlə komandamızı, məşqçilərimizi, xalqımızı təbrik edirəm. Qarşıda bizi növbəti oyunlar gözləyir. Rəqiblərimiz güclüdür, amma biz də zəif deyilik. Əlimizdən gələni edəcəyik ki, Dünya Kubokuna vəsiqə qazanaq. Hədəfimiz yalnız budur. Bura qədər 11 oyun keçirmişik, cəmi bir oyunda uduzmuşuq. Odur ki, komandada atmosfer çox yaxşıdır. Komandada uşaqların hamısı yerlilərdir. Sonadək mübarizə aparıb, istəyimizə çata bilərik".
