7 sentyabr 2016 12:00
PFL limitlə bağlı müraciət etdi, AFFA qərarını gələn ilə saxladı
Peşəkar Futbol Liqasının müraciətinə əsasən, Birinci Divizionda legioner limiti 2017-ci il yanvarın 1-dək 6+4+1 (6 legioner, 4 yerli və 1 yerli 1994-cü il rəvəllüdlü və daha gənc təvəllüdlü) sisteminə uyğun tətbiq olunacaq. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Birinci Divizionda legioner limiti ilə bağlı 2016-cı il sentyabrın 6-da qəbul olunmuş qərar 2017-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
