7 sentyabr 2016 10:00
Şehiç baxdı, Zenyov 5 qola üzüldü
DÇ-2018-in seçmə mərhələsində ötən axşam Bosniya-Herseqovina yığması doğma meydanda Estoniyanı qəbul edib. Azerisport.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Estonların heyətində "Qarabağ"ın hücumçusu Sergey Zenyov meydanda olub. O, start heyətdə başladığı qarşılaşmanın 71-ci dəqiqəsində əvəzlənib.
Bosniyalıların heyətində isə "Qarabağ"ın qapıçısı İbrahim Şehiç matçı ehtiyat oyunçular skamyasından izləyib.
