7 sentyabr 2016 01:00
Almaniya yığmamızın yer aldığı qrupda liderliyini möhkəmləndirdi
Azərbaycanın U-21 yığmasının AÇ-2017-nin seçmə mərhələsindəki yer aldığı 7-ci qrupda bu gecə daha bir oyun baş tutub. Azerisport.az xəbər verir ki, qrup lideri Almaniya səfərdə Finlandiya ilə qarşılaşıb.
Oyun 1:0 hesabıyla almanların xeyrinə başa çatıb. İktisiz irəliləyən Almaniya maksimum nəticə ilə - 24 xalla qrup liderliyini bir qədər də möhkəmləndirib.
Qeyd edək ki, bu gün həm də Azərbaycan yığması doğma meydanda Farer adaları ilə, Rusiya isə Avstriyayla 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
Bu nəticələrdən sonra 7-ci qrupdakı vəziyyət belədir:
| Komanda | O | Q | H | M | T/F | X |
| Almaniya | 8 | 8 | 0 | 0 | 27-4 | 24 |
| Avstriya | 8 | 6 | 1 | 1 | 20-8 | 19 |
| Finlandiya | 8 | 4 | 0 | 4 | 12-9 | 12 |
| Azərbaycan | 9 | 2 | 2 | 5 | 8-19 | 8 |
| Rusiya | 8 | 2 | 2 | 4 | 11-14 | 8 |
| Farer adaları | 9 | 0 | 1 | 8 | 3-27 | 1 |
