7 sentyabr 2016 00:30
"Sevinirəm ki, Bakıda belə oynaya bildik"
AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan U-21 – Farer adaları U-21 oyunundan sonra rəqib komandanın baş məşqçisi Bill Yakobsen fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Bu qarşılaşmadan bir neçə gün əvvəl Rusiya komandası ilə qarşılaşmış və böyük hesabla məğlub olmuşduq. Komandanı növbəti oyuna psixoloji baxımdan hazırlamaq asan deyildi. Üstəlik, yol yorğunluğu da vardı. Sevinirəm ki, bu gün belə oynaya bildik. Qarşılaşmanın sonlarına qədər 3 xal qazanmaq ümidimizi itirməmişdik. Təəssüf ki, üstünlüyümüzü qoruyub saxlaya bilmədik”.
