7 sentyabr 2016 00:10
Millimizin rəqibləri bəlli oldu: İspaniya, Türkiyə, İsveçrə
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda çıxış edəcək Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız növbəti raundda İspaniya, İsveçrə və Türkiyə yığmaları ilə qarşılaşacaq.
Həm oyunların təqvimini təqdim edirik:
7 sentyabr, saat 14:45
İspaniya – Azərbaycan
8 sentyabr, saat 16:00
İsveçrə – Azərbaycan
9 sentyabr, saat 14:45
Azərbaycan – Türkiyə
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
