6 sentyabr 2016 17:40

Nazim Süleymanov: Ən azı 2-3 qol vuracağımızı gözləyirdim

Azərbaycan yığmasının sabiq hücumçusu və kapitanı Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi

- Azərbaycanın gənclərdən ibarət yığma komandasından AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Farer adalarına qarşı keçirəcəyi oyundan nə gözləyirsiniz?
- Qələbə gözləyirəm. Bu oyunda daha 3 xal qazanmaq lazımdır. Düzdür, turnir cədvəli baxımından bu qələbə bizə heç nə verməyə bilər. Amma qazanılan hər bir xal çox önəmlidir. Bu, uşaqlar üçün də bir stimuldur. Ola bilər ki, seçmə mərhələni daha münasibət pillədə başa vuraq.

- Razısınız ki, Farer adaları millimizdən xeyli zəifdir və futbolçularımız bu görüşdə qələbə qazanmağa borcludurlar?
- Gəlin rəqibə hörmət edək. Ciddi yanaşmaq lazımdır. Futbolçularımız peşəkardırlar və əminəm ki, onlar hər şeyi düzgün qiymətləndirəcəklər.

- Əsas millimiz DÇ-2018-in seçmə mərhələ oyununda San Marinoya cəmi 1 qol vura bildi. Gənclərimiz daha artığını bacara biləcək?
- Qol epizodları olacaq. Hər şey həmin epizodlardan necə yararlanmaqdan asılıdır. Yaxşı oyun, gözəl qollar görmək istəyirik. Təbii ki, qol nə qədər çox olsa, bir o qədər yaxşıdır.

- San Marino üzərində minimal hesablı qələbəni az qala məğlubiyyətə bərabər hesab edənlər var. Sizin buna münasibətiniz necədir?
- Biz hər şeyə narazılığımızı bildirməyə alışmışıq. Şübhəsiz ki, hər birimiz komandamızdan daha yaxşısını gözləyirik. Ən azından 2-3 qol vuracaqlarına ümid edirdik.

- Sizə elə gəlmir ki, millimiz səfərdə qorxaq futbol sərgilədi?
- Qorxmaq ayrıdı, ehtiyatlı oynamaq ayrı. Mən bu qarşılaşmada ehtiyatlı oyunun şahidi oldum. Bizim üçün seçmə mərhələyə qələbə ilə başlamaq vacib idi. İstənilən halda bu nəticəyə də nail olduq.

- Bu oyunla qarşıdakı Norveç və Çexiya ilə görüşlərdə nəyə ümid edə bilərik?
- Çətin ki, komandamız həmin oyunlarda belə çıxış etsin. Bu, hələ mövsümün startıdır. Futbolçular tam formada deyillər.

- "Niyə də yox" şüarına münasibətiniz necədir?
- İştah yemək zamanı yaranır. Futbolçularımızın da hər biri böyük turnirlərdə çıxış etməyi çox istəyirlər. Buna hər kəs nail ola bilmir. Amma niyə də bu nəsil belə bir uğura imza atmasın?

- Ramil Şeydayevlə Emin Mahmudovun gəlişi ilə komandamızın uğur qazanmaq şansı artıb?
- Onlara vaxt lazımdır. Hər iki futbolçu öz klubunda mütəmadi oynamalıdır ki, yığmada da öz potensialını aça bilsin. Bir halda ki, onları yığmaya dəvət ediblər, deməli, komandamızı gücləndirəcək gücdədirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.