6 sentyabr 2016 17:00
Səbailin Müşahidə Şurasının yeni sədri - Rəşad Abdullayev
Bu gün "Bayıl Arena"da "Səbail" klubunun Müşahidə Şurasının yeni iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Müşahidə Şurasına sədr seçilib.
Klubun Müşahidə Şurasına bundan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin oğlu - Rəşad Abdullayev sədrlik edəcək.
Şuranın əvvəlki sədri Yusif Həsənov isə komandanın icraçı direktoru olacaq.
