6 sentyabr 2016 16:40
Aqollinin komandası Şikovu məyus etdi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən gün keçirilən və güclü yağış səbəbindən 80-ci dəqiqədə dayandırılmış Albaniya - Makedoniya matçının davamı bu gün baş tutub. Azerisport.az xəbər verir ki, bu gün keçirilən son 10 dəqiqədə daha bir qol vuran Albaniya yığması 2:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, Albaniya yığmasını bu oyuna "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli kapitan kimi çıxarıb. Makedoniyalıların heyətində isə "Neftçi"nin müdafiəçisi Vançe Şikov oynayıb. Hər iki futbolçu 90 dəqiqə meydanda olub.
