6 sentyabr 2016 15:20
Bədavi Hüseynov: Fanatlar bu qələbəyə layiq idilər
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, komandamızın 1:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
"Komandamızı yeni seçmə mərhələyə qələbə ilə başlaması münasibətilə təbrik edirəm. Azarkeşlər bu qələbəyə layiq idilər. Qələbə ilə başlamaq önəmli idi. Şadam ki, uşaqlar bu vəzifənin öhdəsindən gəldilər. Komandamız çoxlu qol şansını boşa versə də, əsas 3 xal qazanmaq idi. Ümid edirəm ki, növbəti oyunlarda da qələbə qazana biləcəyik".
