6 sentyabr 2016 15:00

Əfran İsmayılov: Tarix yazmaq, xalqımızı sevindirmək istəyirik

Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi

- DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino üzərində qazandığınız minimal hesablı qələbədən razı qaldın?
- Seçmə mərhələdə ilk oyunlar həmişə çətin olur. Rəqib "cırtdan" ölkə təmsilçisi, zəif komanda olsa da, işimizin asan olmayacağını bilirdik. Çünki onların müdafiədən oynayacağı öncədən də bəlli idi. Xoşbəxtlikdən qol vura, qələbə qazana bildik. Hesab 4:0, 5:0 da ola bilərdi. Amma qol vəziyyətlərindən yaxşı yararlana bilmədik. Allah eləsin ki, Norveçə qarşı keçirəcəyimiz növbəti matçda daha yaxşı çıxış edək.

- Yeganə qolun ötürməsini sən etdin...
- Kimin ötürmə etməsi, kimin qol vurması önəmli deyil. Vacib olan millinin qələbəsi idi.

- İkinci hissədə hesabın daha da artmasına nə mane oldu: futbolçularımızın səviyyəsinin aşağı olması, ya başqa səbəb?
- Bəli, qol vurmaq üçün şanslarımız var idi. Sadəcə, onlardan yararlana bilmədik. Şəxsən mənim vəzifəm cərimə meydançasındakı futbolçularımızı daha çox topla təmin etmək idi. Əlbəttə, yaxşı şans ələ düşsəydi, mən də qol vurmaq istərdim. Amma bir halda ki, komanda yoldaşım əlverişli mövqedədir, niyə ona ötürmə etməməliyəm? Məsələn, matçın sonlarında Namiq Ələsgərovla Ramil Şeydayevin epizodlarındakı kimi. Düzdür, onlar qol vura bilmədilər. Amma futbolda belə hallar olur.

- Səncə, Norveç və Çexiya ilə matçlarda bu oyunla nəyə ümid etmək olar?
- Məncə, yaxşı nəticələrə ümid etmək olar. Bizim üçün seçmə mərhələyə qələbə ilə başlamaq vacib idi. Qarşıdakı oyunlarda da yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, Norveç və Çexiya ilə oyunlarda daha da yaxşı çıxış edəcəyik.

- Emin Mahmudovla Ramil Şeydayevin millidəki debütü barədə nə deyə bilərsən?
- Düzü, bu oyuna kimi onların oyununu izləməmişdim. Gənc və perspektivli uşaqlardır. Onların milliyə faydası dəyəcək. Robert Prosineçki də onları buna görə milliyə dəvət edib.

- AFFA bu seçmə mərhələyə "Niyə də yox" şüarı ilə başlayıb. Səncə, millimizin mundiala vəsiqə qazanması realdır?
- Əlbəttə, biz də Rusiyadakı DÇ-də iştirak etmək istərdik. Məsələn, Albaniya və Macarıstan bu yay Fransada keçirilən AÇ-də qüvvəsini sınadı. Hansı ki, həmin albanlara qalib gəlmişdik, macarlarla da bərabər səviyyədə oynaya bilərik. Yəni buna nail olacaq gücdəyik. Tarix yazmaq, xalqımızı sevindirmək istəyirik. İndi yığmamızda yaxşı futbolçular cəmləşib. Hədəfimizə çatmaq üçün də şansımız var. Qrupdan çıxmaq barədə düşünmək lazımdır.

- İlk turdan sonra millimizin Almaniyadan sonra qrupda ikinci yeri tutmasını sosial şəbəkədə gülüş obyektinə çevirən şəxslərə az rast gəlinmir. Sənin buna münasibətin necədir?
- Biz birlikdə güclüyük. Futbolu bir kənara qoyaq. Hər birimizin Azərbaycan bayrağı altında birləşməyimiz önəmlidir. Bu, işindən vəzifəsindən asılı olmayaraq, hər kəsə aiddir. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Ola bilsin ki, kimsə yığma ilə məzələnir, özünü uşaq kimi aparır. Amma bir olsaq, daha böyük nəticələrə nail ola bilərik. Azərbaycan xalqını daha qabağa getməyə məhz belə atmacalar, "prikol"lar mane olur. Biz hər kəsdən yaxşı başa düşürük ki, bundan da böyük nəticələr qazana bilərik və buna borcluyuq. Bizimlə məzələnənlərin cavabını isə yalnız meydanda verə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.