6 sentyabr 2016 12:20
Millimiz Bolqarıstana qalib gəlib, növbəti mərhələyə vəsiqə qazandı
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 4:1.
Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.
Beləliklə, millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb.
Qeyd edək ki, millimiz əvvəlki oyunlarında Fransaya uduzmuş (2:3), Macarıstana qalib gəlmişdi (7:3).
